Logo

Məktəblilər BDU-nun “Təkamül təlimi” muzeyində - FOTO

30.03.2023 18:59 290 baxış
IMG

Bakı şəhərindəki 55 nömrəli məktəbin şagirdləri Bakı Dövlət Universitetinin (BDU) “Təkamül təlimi” muzeyinə ekskursiya ediblər.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, şagirdlərə muzeydəki eksponatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Qafqazda bu sahədə yeganə olan muzey 1937-ci ildə professor Mirəli Axundovun təşəbbüsü ilə yaradılıb. Ziyarətçilər bu muzeydə təkamül prosesini 2461 eksponatdan ibarət əyani vəsait əsasında izləyə bilirlər.

Muzeyin müdiri Yeganə Əliyeva Paleozoy, Mezozoy, Kaynozoy eralarına dair toplanmış eksponatların muzeydə onların tarixi inkişafına uyğun olaraq ardıcıllıqla yerləşdirildiyini qeyd edib.

Muzeydə kənd təsərrüfatının yeni, məhsuldar bitki sortları, heyvan cinslərinin yaradılmasının nəzəri əsaslarını hərtərəfli şərh edən və onun hərəkətverici qüvvəsinin süni seçmə olduğunu göstərən müxtəlif ekspozisiyalar, 70-dək quş növünün (kəklik, qartal, tovuz, turac, ördək və s.) müqəvvaları şagirdlərin marağını ən çox cəlb edən məqamlardan olub.

Xəbər lenti