Logo

Nazir müavini Qırğız Respublikasında Azərbaycan məktəblərini ziyarət edib - FOTO

30.03.2023 18:45 219 baxış
IMG

Qırğız Respublikasında səfərdə olan elm və təhsil nazirinin müavini İdris İsayev martın 29-da Bişkek şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya Kompleksini və Nizami Gəncəvi adına 103 nömrəli məktəbi ziyarət edib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazir müavini sözügedən təhsil müəssisələrində yaradılmış şəraitlə tanış olub, müəllim-şagird heyəti ilə görüşüb.

Ziyarət zamanı hər iki təhsil müəssisəsinin bir qrup şagird heyətinin ötən ilin dekabr ayında ölkəmizə səfər etməsi qeyd olunub.

İdris İsayev iki ölkənin ümumi təhsil müəssisələri arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə dair əminliyini ifadə edib.

Xəbər lenti