Logo

Ədəbiyyat İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib

30.03.2023 18:31 183 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli gündəlikdəki “Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi haqqında”, “Filologiya elmləri doktoru Vaqif Yusiflinin 75 illiyinin keçirilməsi haqqında”, “Filologiya elmləri doktoru, professor Vüqar Əhmədin 60 illik yubileyinin keçirilməsinə dair” və digər məsələlər haqqında fikirlərini bölüşüb.

Elmi şurada filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin Azərbaycan ədəbiyyatında soyqırımı mövzusu ilə bağlı məruzəsi dinlənilib, filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti barədə iştirakçıları məlumatlandırıb.

Təhsil şöbəsinin müdiri Samir Səttarov institutun magistrantlarının attestasiyasının təsdiq edilməsi haqqında məlumat verib, elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı isə gündəlikdəki çap və müsabiqə məsələlərindən danışıb.

Xəbər lenti