Logo

DİM-də hazırlıq kurslarının məşğələləri keçirilib

30.03.2023 17:40 247 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə qəbul imtahanlarında, riyaziyyat fənnindən isə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının məşğələləri keçirilib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, hazırlıq kursları həm əyani, həm də onlayn ­­formada keçirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Moderatorlar – biologiya fənni üzrə Nailə Əliyeva, riyaziyyat fənni üzrə Aqşin Abdullayev, tarix fənni üzrə isə Hafiz Cabbarov kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçirib.

Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının növbəti məşğələləri 6 aprel 2023-cü il tarixində keçiriləcək.

Xəbər lenti