Logo

9-cu sinif şagirdi idman dərsində yıxılıb, təcili tibbi yardım çağırılıb

30.03.2023 16:34 610 baxış
IMG

Bakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəb şagirdin məktəbdə II mərtəbədən yıxılması ilə bağlı məlumatlara münasibət bildirib.

Təhsil müəssisəsindən "Tehsil.biz"ə bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd olunub ki, 30.03.2023-cü il tarixində 9f sinfinin şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) fiziki tərbiyə dərsində yıxılıb və qolundan yüngül xəsarət alıb.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb, şagirdin ailəsinə məlumat verilib. Hazırda şagird evdədir, özünü yaxşı hiss edir.

Xəbər lenti