Logo

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

30.03.2023 16:27 276 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz Balakişiyeva ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə Mustafa Abbasbəyli müsabiqə qalibini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, eləcə də Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi üçün həyata keçirilən layihələr, Agentliyin gələcək inkişaf hədəfləri barədə məlumatlandırıb. 

Son illər ölkəmizdə həyata keçirilən sosial islahatlar, əhalinin rifah halının yaxşılaşdırılmasına dəstək olacaq işlər, bu sahədə beynəlxalq təcrübənin tətbiqinin önəmi barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində Nərgiz Balakişiyevanın mentorudur.

Xəbər lenti