Logo

"Geni modifikasiya olunmuş (GMO) orqanizmlər" mövzusunda seminar keçirilib

30.03.2023 16:15 268 baxış
IMG

Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin təşkilatçılığı və BDU SABAH qruplarının nəzdində fəaliyyət göstərən "BİO klub"un təqdimatı ilə "Geni modifikasiya olunmuş (GMO) orqanizmlər" mövzusunda seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Seminarda BDU SABAH qruplarının Biologiya müəllimliyi ixtisasının II , III, IV kurs tələbələri iştirak ediblər.

Tələbələrdən Fəridə Rzayeva “GMO nədir? GMO-nun tarixi”, Kübra Həşimova  “Qidamızı təşkil edən GMO-lar”, Zəhra Mirzəyeva “GMO-nun fəsadları”, Ülkər  Gülməmmədzadə “Asilomar konfransı”,  Üzeyir Kərimov “Azərbaycan xalqının GMO-ya baxışı” mövzusunda təqdimatlar ediblər.

Sonra mövzu əsasında müzakirələr aparılıb. Qeyd edək ki, seminarın keçirilməsinin məqsədi tələbələri GMO və onun insan orqanizminə mənfi təsiri barədə məlumatlandırmaqdır.

Xəbər lenti