Logo

Masallıda mədəniyyət işçilərinin növbəti seminar-müşavirəsi keçirilib - FOTO

30.03.2023 14:59 268 baxış
IMG

Martın 30-da Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, seminar-müşavirədə mərkəzin tabeliyində fəaliyyət göstərən müəssisələrdə ay ərzində keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbiri giriş sözü ilə açan Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmailov gündəlikdə duran məsələlər barədə iştirakıçala məlumat verib.

Sonra çıxış edənlərdən mərkəzin metodisti Taleh Mikayılov, Ərkivan qəsəbə Sənətkarlıq Evinin direktoru Rauf Gülverdiyev, Mahmudavar kənd Folklor Evinin direktoru Natavan Əliyeva və digərləri görülmüş işlər, həmçinin aprel ayı ərzində keçiriləcək tədbirlər barədə müvafiq məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Xəbər lenti