Logo

Təhsil İnstitutu yeni beynəlxalq layihəyə ev sahibliyi edir

30.03.2023 14:15 325 baxış
IMG

Təhsil İnstitutunda “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin (AzMKÇ) 5-ci səviyyəsi üzrə kvalifikasiyaların hazırlanması və Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsində Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsinin komanda heyəti ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Görüşdə layihənin komponentləri, məzmunu, məqsədi və gözlənilən nəticələr haqqında məlumat verilib. Qeyd edilib ki, Elm və Təhsil Nazirliyinin əsas benefisiarı olduğu layihə Təhsil İnstitutunda həyata keçiriləcək. Layihə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulan strateji istiqamətlərə uyğun icra ediləcək. Layihənin məqsədi Azərbaycan təhsil sistemində davam edən islahatları dəstəkləməklə, AzMKÇ-nin 5-ci səviyyəsi üzrə kvalifikasiyaların inkişaf etdirilməsidir. Üç il ərzində icrası nəzərdə tutulan layihə orta ixtisas və yüksək texniki peşə təhsili sahəsində kvalifikasiyaların yenilənməsini, müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmasını və müvafiq səviyyə məzunlarının əmək bazarına inteqrasiyasının asanlaşdırılmasını hədəfləyir.

Görüşdə Təhsil İnstitutunun rəhbər heyəti və “EPRD İqtisadi Siyasət və Regional İnkişaf Ofisi Ltd”nin icraçı direktoru Karol Rudny, layihənin baş meneceri Agnieszka Badel, komanda başçısı Rainer Gerke, institusional inkişaf və bacarıqların artırılması üzrə əsas ekspert Boris Curkovic, əsas ekspert Mariana Matache və “Innoveta” şirkətinin direktoru Parviz Yusifov iştirak ediblər.

Xəbər lenti