Logo

Sabah VII qrant müsabiqəsinə layihə qəbulu başa çatır

30.03.2023 12:13 236 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinə layihə qəbulu sabah yekunlaşır.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək www.grants.edu.az saytı üzərindən həyata keçirilir.

Dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müsabiqədə iştirak edə bilərlər.

Qrant müsabiqəsi barədə ətraflı məlumatla nazirliyin saytında elanlar bölməsində tanış olmaq mümkündür.

Xəbər lenti