Logo

Bu institutun alimləri beynəlxalq indeks sıralamasında - FOTO

30.03.2023 10:05 230 baxış
IMG

Radiasiya Problemləri İnstitutunun 6 alimi beynəlxalq indeks sıralamasına daxil edilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

“AD-Scientific İndex LTD” tərəfindən tərtib olunan siyahıya instututun alimləri – fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov, fizika elmləri doktoru, dosent Elçin Hüseynov, fizika üzrə fəlsəfə doktoru, dosent Günel İmanova, fizika üzrə fəlsəfə doktoru Azər Sadıqov, fizika elmləri doktoru, dosent Famin Salmanov və kimya elmləri doktoru, dosent Xaqani Məmmədov daxil edilib.

Qeyd edək ki, sözügedən siyahının Azərbaycan bölməsində 595 alimin adı yer alıb və siyahı son 6 ildə dünya üzrə alimlərin məqalələrinə olunan istinadların sayı, i10 və H-indekslərinə görə tərtib olunub.

Xəbər lenti