Logo

Akademik Vaqif Abbasov məktəblilərlə görüşüb - FOTO

29.03.2023 20:39 388 baxış
IMG

Bakı şəhəri Xətai rayon 27 nömrəli tam orta məktəbin 9-cu və 10-cu sinif şagirdlərinin bir qrupu Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Şagirdləri institutun baş direktoru, akademik Vaqif Abbasov qəbul edib.

Görüş zamanı akademik Vaqif Abbasov NKPİ-nin fəaliyyətindən, burada aparılan elmi-tədqiqat işlərindən, kimya elmində baş verən mühüm yeniliklərdən söz açıb, məktəblilərə bir sıra dəyərli tövsiyələr verib və onların suallarını cavablandırıb. Akademik Vaqif Abbasov müəllifi olduğu kitablardan şagirdlərə hədiyyə edib.

Sonda şagirdlər Yusif Məmmədəliyevin institutdakı memorial muzeyi ilə tanış olublar.

Xəbər lenti