Logo

“MathCamp 2023” və "EduCamp 2023" tələbə düşərgələri yekunlaşıb - FOTOLAR

29.03.2023 17:44 237 baxış
IMG

22-26 mart  tarixlərində Quba rayonunda riyaziyyat, fizika və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün keçirilən “MathCamp 2023” və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə təhsilin idarə edilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün keçirilən "EduCamp 2023" tələbə düşərgələri yekunlaşıb.

Tehsil.biz xəbər verir ki, düşərgələr Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Bağlanış mərasimində iştirak edən Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev tələbələrdə yeniliklərə qarşı yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, yeni dostluqlar qazanmaq, eyni zamanda, asudə vaxtı daha səmərəli keçirmək baxımından düşərgə formatında təşkil edilən layihələrin vacibliyini vurğulayıb.

Daha sonra “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova gənc tələbələrin innovativ potensialını stimullaşdırmaq, onların elmi və nəzəri biliklərini artırmaq, bu sahədə praktiki biliklərin gücləndirilməsi məqsədilə keçirilən düşərgələrin əhəmiyyətindən bəhs edib.

Beş gün davam edən “EduCamp 2023” və “MathCamp 2023” düşərgələri ərzində müxtəlif mövzularda informativ sessiyalar keçirilib.

Qeyd edək ki, düşərgələr zamanı məşqçi-müəllimlər və idman mütəxəssislərinin dəstəyi ilə bədən tərbiyəsi dərsləri, voleybol turnirləri, futbol və stolüstü tennis yarışları, intellektual oyunlar, musiqi axşamları və Quba rayonunun Çənlibel gölünə ekskursiya təşkil olunub.

Xəbər lenti