Logo

Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib - FOTO

29.03.2023 16:11 265 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 29-da Ağcabədi, Ağdam, Tərtər, Füzuli və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Komitədən "Tehsil.biz"ə verilən məlumata görə, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Ağcabədi şəhərindəki abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Qəbula gələn vətəndaşlar dini maarifləndirmə işinin genişləndirilməsi, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, dini qurumların dövlət qeydiyyatına alınması, habelə digər məsələlərlə bağlı müraciətlər ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, ərizələri qəbul edilərək müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Xəbər lenti