Logo

BDU-da “Mart soyqırımı -105” adlı kitab sərgis keçirilib

29.03.2023 14:37 269 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Mart soyqırımı -105” adlı kitab sərgisi təşkil edib.

Tehsil.biz xəbər verir ki, sərgidə kitabxananın fondlarında mühafizə olunan “Azərbaycanlıların soyqırımı", "Azərbaycanda böyük terrorun tarixi", "Azərbaycanda türk-müsəlman soyqırımı probleminin tarixşünaslığı", "Erməni xəyanəti", "Erməni yalanları və tarixi həqiqətlər" və s. kimi ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətləri özündə əks etdirən, Azərbaycan, ingilis və rus dillərində 40-dək kitab nümayiş olunur.

Sərgi həftənin sonunadək ziyarətçilərin üzünə açıq olacaq.

Xəbər lenti