Logo

Şərqşünas alim İstanbulda keçirilən beynəlxalq konfransda iştirak edib

29.03.2023 12:56 291 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Roida Rzayeva Humanitar, Sosial Elmlər və Menecment tədqiqatları üzrə beynəlxalq assosiasiyanın 27-29 mart 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində təşkil etdiyi “Təhsil, marketinq, sosial və humanitar elmlər” üzrə 46-cı beynəlxalq İstanbul konfransında iştirak edib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, şərqşünas alim konfransda “İnklüziv inkişaf və modernləşmə” adlı məruzə ilə çıxış edib. Həmçinin Roida Rzayevaya konfransın iclasınlarına sədrlik həvalə edilib.

Roida Rzayeva məruzəsində bu gün iqtisadiyyatın mühüm rol oynadığı modernləşmə fəlsəfəsinə yenidən baxıldığından bəhs edib. Məruzədə modernləşmə prosesinin siyasi komponentinin birbaşa sosial-iqtisadi inkişafla bağlı olduğu, buna görə də iqtisadiyyatın fəlsəfəsinin də dəyişdiyi, hal-hazırda cəmiyyətlərin inkişaf modelinin transformasiyasının sürətləndirməsində və ümumiyyətlə sosial-iqtisadi inkişaf planlarında inklüziv inkişaf məsələlərinin diqqət mərkəzində olduğu qeyd olunub. İnklüziv inkişafın yeni inkişaf vasitələrindən biri olduğu və müasir şəraitdə dövlət idarəetmə mexanizmi, cəmiyyətin inkişafını stimullaşdıran innovativ metod kimi qəbul edildiyi vurğulanıb. Alim inklüziv inkişafın modernləşmədən daha çox postmodernləşmə ilə bağlı olduğunu, postmodern cəmiyyətdə dövlətin sosial tərəfdaş kimi çıxış etdiyini və bunun da inklüzivliyi birbaşa əks etdirdiyini diqqətə çatdırıb.

Roida Rzayevanın məruzəsi beynəlxalq konfransın ən yaxşı məruzəsi seçilib və sertifikata layiq görülüb.

Beynəlxalq konfransın materialları nəşr olunub.

Xəbər lenti