Logo

BDU-nun tələbələri İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçirlər

29.03.2023 12:12 272 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) tələbələrinin istehsalat təcrübəsinə start verilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, təcrübə müddətində tələbələrə tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, elmi mənbələrin axtarışı, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və sair bu kimi nəzəri və texnoloji biliklər aşılanacaq.

Qeyd edək ki, iyulun 5-dək davam edəcək istehsalat təcrübəsi BDU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında mövcud olan əməkdaşlıq əsasında həyata keçirilir.

Xəbər lenti