Logo

Polimer Materialları İnstitutunun əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub

29.03.2023 11:45 252 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun (PMİ) Fiziki - kimyəvi analiz şöbəsinin aparıcı еlmi işçisi kimya üzrə fəlsəfə doktoru, dosent Nazimhikmət Bektaşi, böyük elmi işçi texnika üzrə fəlsəfə doktoru, dosent Ehtibar Quliyev, aparıcı elmi işçi kimya üzrə fəlsəfə doktoru, dosent Oqtay Əsgərov, laboratoriya müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Elnarə Aslanova və şöbə müdiri Dilbər Nurullayevanın həmmüəllifi olduqları “Эксклюзионная хроматография фурановых смол синтезированных электро(фото)химическим методом” adlı məqalə Rusiyada nəşr olunan beynəlxalq “Сорбционные и хроматографические процессы” jurnalında çap olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, məqalədə elektro- və fotoelektrokimyəvi həyəcanlandırma üsulu ilə furfuril spirti və onun propilenxlorhidrin efirinin polimerləşdirilməsi vasitəsi ilə furan qətranlarının sintezi tədqiq olunub. Reaksiya məhsullarının molekul-kütlə paylanmalarının eksklüzion-xromatoqrafik tədqiqi nəticəsində müəyyən edilib ki, bu üsullarla göstərilən birləşmələrin polimerləşməsi iki müxtəlif istiqamətdə gedir. Göstərilib ki, işıqlanma dərəcəsi 20•103 - dən 30•103 lüksə qədər artarkən alınan oliqodienlərin molekul kütləsi 2000-4000 (furfuril spirti üçün) və 4000-9000 (propilenxlorhidrin efiri üçün) intervalında dəyişir.

Qeyd edək ki, Scopus, Chemical Abstract, EBSCO, DOAJ, CrossRef, Russian Scientific Index Citations kimi beynəlxalq bazalara daxil olan jurnalın impakt faktoru 0.15-dir və Q4 kateqoriyasındadır.

Xəbər lenti