Logo

Nazirin Göygöldəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

29.03.2023 11:16 183 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayevin 30 mart 2023-cü il tarixində Göygöl rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, vətəndaş qəbulu martın 31-də keçiriləcək.

Qəbulda Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.

Xəbər lenti