Logo

DİM əməkdaşı vebinar keçirəcək

29.03.2023 10:27 261 baxış
IMG

Aprelin 14-ü saat 16:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) beynəlxalq əməkdaşı Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu ilə birgə “What you need to know about Cambridge English Qualifications” adlı vebinar keçirəcək.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, vebinarın keçirilməsində məqsəd müxtəlif səviyyə imtahanlarını özündə cəmləyən Kembric ingilis dili kvalifikasiyalarının (A2, B1, B2, C1, C2) ölkədə tanınmasına töhfə verməkdir.

Kembric İngilis dili Kvalifikasiyaları (Cambridge English Qualifications) ingilis dilini xarici dil kimi öyrənənlər üçün ingilis dili üzrə səriştələri qiymətləndirmək məqsədilə hazırlanmış bir sıra imtahanlar qrupudur. Bu kvalifikasiyalar hər yaşdan və istənilən səviyyədə ingilis dili bacarıqlarına sahib insanları ingilis dilini öyrənməyə həvəsləndirir və gündəlik həyatda lazım olan praktiki bacarıqları inkişaf etdirir. Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu 4 istiqamət üzrə müvafiq imtahanlar təklif edir. 

Vebinarın spikeri qurumun Ukrayna və Qafqaz üzrə biznesin inkişafı üzrə baş meneceri Darina Sizuk kompüter əsaslı Kembric ingilis dili kvalifikasiya imtahanları barədə ətraflı məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq.

Bununla yanaşı, vebinarda aşağıdakı mövzulara toxunulacaq:

  • A2, B1, B2, C1, C2 kvalifikasiyalarının fərqi; 

  • Bu kvalifikayaların üstünlüklükləri; 

  • İmtahanlara hazırlıq prosesi; 

  • Sertifikatın keçərli olduğu ölkələr; 

  • Kembric ingilis dili imtahanlarına qeydiyyat prosesi. 

Vebinar “Zoom” platforması vasitəsilə ingilis dilində keçiriləcək. Vebinarda iştirak etmək istəyən şəxslər keçiddən istifadə edərək qeydiyyatdan keçməlidirlər. 

Qeydiyyat linki 12 aprel tarixinədək aktiv olacaq. Qeydiyyatdan keçmiş iştirakçılara vebinarın "Zoom" linki aprelin 13-də elektron poçt vasitəsilə göndəriləcək. İştirakçılar qeyd olunan gün və saatda link vasitəsilə vebinara qoşula bilərlər.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri kimi Kembric İngilis dili Kvalifikasiyaları ilə yanaşı Kembric İngilis dili üzrə Tədris kvalifikasiyası olan TKT imtahanını da təklif edir. Dövlət İmtahan Mərkəzi tələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir. 

Qeydiyyat linki:

https://forms.gle/2N4b1nJnigBDL5p58

Xəbər lenti