Logo

MBBİ-nin əməkdaşları akademik Cəlal Əliyevin məzarını ziyarət ediblər - FOTO

29.03.2023 10:16 246 baxış
IMG

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) əməkdaşları Elm günü münasibətilə Fəxri xiyabanda müəllimləri, institutun yaradıcısı, akademik Cəlal Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri qoyublar.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova qeyd edib ki, bu gün Cəlal müəllimin ziyarətinə onun tələbələri ilə yanaşı, həm də gənc alim və magistrantların da gəlməsi Cəlal Əliyev məktəbinin uğurlarının bariz nümunəsidir. Akademik İradə Hüseynova görkəmli alimin Azərbaycanda biologiya elminin ən müasir istiqamətlərinin təşəkkülü və inkişafında, elmi nailiyyətlərin əldə edilməsində, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaranmasında misilsiz xidmətlərindən söhbət açaraq bu gün onun elmi irsinin tələbələri tərəfindən davam etdirilməsinin zəruri olduğunu bildirib.

Xəbər lenti