Logo

Yaz sessiyasında 2758 tələbə təhsil krediti alıb

28.03.2023 19:17 270 baxış
IMG

2022-2023-cü tədris ilinin yaz semestrində təhsil tələbə kreditindən (TTK) yararlanan tələbələrin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan "Tehsil.biz"ə bildirilib ki, bu günə qədər 2758 nəfərə TTK verilib.

Onlardan 970 nəfərin müraciəti sosial TTK, 1788 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Xəbər lenti