Logo

Polimer Materialları İnstitutunda Elm gününə həsr olunan iclas keçirilib - FOTO

28.03.2023 17:33 187 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Elmi şurasının Elm gününə həsr olunan iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdə olan məsələlərlə tanış edib. O, 27 Mart - Elm Gününə həsr olunan “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbir haqqında geniş məlumat verib.

Sonra institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva Elm gününün tarixi, Azərbaycanda Elm gününün təsis edilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının keçdiyi inkişaf yolu və respublikada elmi araşdırmaların həyata keçirilməsindəki rolundan bəhs edib.

Daha sonra Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova Ümummilli Lider Heydər Əliyevin elmin inkişafına göstərdiyi diqqət və qayğıdan, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elm və təhsilin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib.

Sonda Bəxtiyar Məmmədov Elm günü münasibəti ilə alimləri və institutun əməkdaşlarını təbrik edib.

Xəbər lenti