Logo

Beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün yaz düşərgəsi təşkil olunub

28.03.2023 16:14 295 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən Tədris, idman və istirahət kompleksində riyaziyyat və informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərin yaz düşərgəsi təşkil olunub.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, martın 23-dən 27-dək keçirilən düşərgəyə JBMO (Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası) və IOI (Beynəlxalq İnformatika Olimpiadası) hazırlıqlarına cəlb edilən 22 şagird qatılıb. Beş gün ərzinə şagirdlər üçün olimpiada imtahanları təşkil edilib, sualların müzakirəsi həyata keçirilib, fərdi inkişaf dinamikası izlənilib və onlara daha səmərəli çalışmaq üçün tövsiyələr verilib.

Ümumilikdə 45 beynəlxalq olimpiada sualının izahı və şagirdlərin iştirakı ilə müzakirənin həyata keçirildiyi 50 saatdan çox mühazirələr təşkil olunub.

Xəbər lenti