Logo

Nazirdən yeni təyinat - FOTO

28.03.2023 16:00 1101 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyinat olub.

Tehsil.biz xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Nailə Azad qızı Xəndan gətirilib.

Qeyd edək ki, N.Xəndan 1981-ci ildən Bakı Slavyan Universitetində çalışır.

Müxtəlif illərdə müəllim, baş müəllim, dosent, Pedaqoji fakültənin dekan müavini, BSU-nun nəzdində Dissertasiya Şurasında fəaliyyət göstərən seminarın sədri və elmi katibi, universitetin tərbiyə işləri üzrə prorektoru, Pedaqoji fakültənin İbtidai sinif müəllimliyi şöbəsinin müdiri, Tərcümə problemləri elmi-tədqiqat laboratoriyasının müdiri, Humanitar və sosial elmlər fakültəsinin dekan müavini və dekan əvəzi vəzifələrində işləyib.

17 fevral 2022-ci il tarixindən Xarici dil müəllimliyi fakültəsinin dekanı vəzifəsində çalışıb.

Xəbər lenti