Logo

Geologiya və Geofizika İnstitutunda Elm günü qeyd olunub - FOTO

28.03.2023 14:14 272 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Elm gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, tədbirdə institutun baş direktoru, akademik Akif Əlizadə çıxış edərək Elm gününün təsis tarixi haqqında söz açıb, Akademiyanın tarixindən danışıb.

Akademik Akif Əlizadə sonra il ərzində elmi işlərində yüksək nəticələr qazanmış akademik Əkpər Feyzullayevi, yer elmləri üzrə elmlər doktoru Qulam Babayevi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasovu, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Yeganə Lətifovanı, coğrafiya elmləri doktoru Vaqif Məmmədovu, texnika elmləri doktoru Vaqif İbrahimovu, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Solmaz Vəlizadəni, yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərovu və geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Kamran Əliyevi Təşəkkürnamə ilə təltif edib.

Xəbər lenti