Logo

AMEA Avrasiya Universitetlər Birliyinin üzvlüyünə qəbul edilib

28.03.2023 13:54 155 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Avrasiya Universitetlər Birliyinin (EURAS) rəsmi üzvlüyünə qəbul edilib.

Bu barədə "Tehsil.biz"ə akademiyadan məlumat verilib.

Bildirilib ki, EURAS-ın prezidenti professor Mustafa Aydın bununla bağlı üzvlük sertifikatını AMEA rəhbərliyinə göndərib. Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası bundan sonra EURAS tərəfindən təmin edilən bütün imtiyazlardan və üstünlüklərdən istifadə etmək hüququna malikdir.

Xəbər lenti