Logo

Azərbaycanlı gənc Türkiyədə beynəlxalq festivalın münsiflər heyətinə seçilib

28.03.2023 13:06 319 baxış
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlovanın oğlu Malik Bədəlov bu il Türkiyənin ən böyük film festivalı olan 42-ci Beynəlxalq İstanbul Film Festivalının Gənc Ustalar kateqoriyasındakı filmləri dəyərləndirəcək münsiflər heyətinə üzv seçilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Malik Bədəlov hazırda İstanbul Universiteti İletişim fakültəsində radio, televiziya və sinema ixtisası üzrə 2-ci kursda təhsil alır. O, daha öncə də Yozqatda keçirilən Beynəlxalq Film Festivalının gənc jüri heyətində yer almışdı.

Qeyd edək ki, 1982-ci ildən etibarən İstanbul Kültür Sənət Vəqfinin təşkilatçılığı ilə keçirilən ənənəvi Beynəlxalq İstanbul Film Festivalı bu il 7-18 aprel tarixlərində baş tutacaq. Festival 1989-cu ildə Beynəlxalq Kinoprodüserlər Assosiasiyası Federasiyası tərəfindən akkreditə olunub. Kinofestivalın əsas ödülü “Altun Lalə”dir.

Xəbər lenti