Logo

"Distant təhsilin ən böyük üstünlüklərindən biri zaman və məkan problemini həll etməsidir"

28.03.2023 11:39 223 baxış
IMG

"Distant təhsilin ən böyük üstünlüklərindən biri zaman və məkan problemini həll etməsidir".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bildirib.

"Bu üstünlükdən faydalanmaq üçün ilkin mərhələdə əcnəbiləri, xaricdə yaşayan azərbaycanlıları və əlilləri distant təhsilə cəlb etməklə yanaşı, illik ümumi dərs yükünün müəyyən hissəsini də (məsələn, 30 faizini) distant təhsilə keçirmək imkanı yaratmaqla həmin dərslərə xaricdən yüksəkixtisaslı müəllimləri cəlb etmək olardı. Bu yanaşma xüsusilə yeni ixtisaslarda, mütəxəssis qıtlığı hesab olunan ixtisaslarda xüsusilə faydalı ola bilərdi", - deyə rektor qeyd edib.

Xəbər lenti