Logo

UNEC-də keçirilən Elm festivalına yekun vurulub

27.03.2023 14:30 365 baxış
IMG

Elm Günü ilə əlaqədar Azərbaycan Dövlət iqtisad Universitetində (UNEC) təşkil edilən Elm festivalına martın 27-də yekun vurulub.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, festival çərçivəsində “Müasir universitetlərdə elmi fəaliyyət: yeni çağırışlar, imkanlar və mürəkkəb vəzifələrin həlli yolları” mövzusunda konfrans, dəyirmi masalar, elmi seminarlar, açıq elmi-populyar mühazirələr, UNEC-in dövri elmi nəşrləri və doktorantura ilə bağlı debatlar keçirilib.

Eləcə də Elm festivalı çərçivəsində UNEC-in professor və müəllimlərinin kitab sərgisi və bir sıra nəşriyyatların iştirakı ilə kitab satış-yarmarkası təşkil olunub.

Xəbər lenti