Logo

Elçin Babayev BDU-nun “Tələbə evi”ni ziyarət edib

27.03.2023 11:35 494 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Novruz bayramı münasibətilə Universitetin “Tələbə evi”ni ziyarət edib.

Tehsil.biz xəbər verir ki, tələbələrlə görüşən rektor onları bayram münasibətilə təbrik edib, təhsillərində uğurlar arzulayıb.

Daha sonra rektor tələbələrin qayğıları ilə maraqlanıb, onları BDU-nun sosial həyatında daha yaxından iştirak etməyə səsləyib.

Qeyd edək ki, 2021-ci ildə açılışı olan BDU-nun “Tələbə evi” həm əcnəbi, həm də yerli tələbələr üçün nəzərdə tutulub. Yataqxanada 104 standart tələbə otağı və 2 qonaq otağı mövcuddur. “Tələbə evi”ndə müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub. Burada zəruri ədəbiyyat və əyani vəsaitlərlə təchiz edilmiş kitabxana – oxu zalı, iclas otağı, asudə vaxt otağı, mətbəx, camaşırxana, bütün zəruri avadanlıqlarla təchiz edilmiş yeməkxana fəaliyyət göstərir.  Yataqxananın həyətində idman avadanlıqları quraşdırılıb, istirahət guşəsi yaradılıb. Yataqxana ərazisində təhlükəsizliyə kameralarla müntəzəm nəzarət edilir.

Xəbər lenti