Logo

Rektor: "Bu amil yüksəkixtisaslı müəllimlərin cəlbinə mənfi təsir göstərir"

26.03.2023 09:46 390 baxış
IMG

"Faktiki dərs ilinin nəzərdə tutulmuş 40 həftədən az olmasının yaratdığı problemlərdən biri universitet potensialını artırmaq məqsədi ilə kənardan yüksəkixxtisaslı saathesablı müəllimlərin cəlbi və onların əməyinin ödənilməsi ilə bağlıdır".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, kənardan cəlb olunan saathesabı müəllimlərlə imzalanan müqavilədə konkret fənn üzrə nəzərdə tutulmuş saatlar əsasında ödəniş etmək öhdəliyi götürülür:

"Bayram günlərinə düşən dərslər digər günlərdə olan dərslərlə birləşdirilərək tədris olunur. Belə olduğu halda bayram günlərinə düşən mövzuların hamısı sanki tədris olunur, amma müəllimin tədris etdiyi faktiki dərs saatı müqavilədə göstərildiyindən az olur. Universitet müqavilə öhdəliyini yerinə yetirməmiş olur və müəllim planlaşdırdığı maaşı ala bilmir. Nəticədə bu amil yüksəkixtisaslı müəllimlərin cəlbinə mənfi təsir göstərir".

Xəbər lenti