Logo

Kişi müəllimlərin az olması təhsilin keyfiyyətinə təsir göstərirmi?

25.03.2023 19:34 602 baxış
IMG

"Dünyanın müxtəlif ölkələrində aparılan bir çox elmi tədqiqatlar təhsil sistemlərində kişi müəllimlərin sayının azlığının təhsilin keyfiyyətinə təsirini araşdırmışdır. Reallıq odur ki, ənənəvi olaraq təhsil müəssisələrində qadın müəllimlərin sayı kişi müəllimlər ilə müqayisədə daha çoxdur (Azərbaycada 80 % - 20 %). Bu səbəbdən kişi müəllimlərin sayının azlığı təhsil prosesində qadın təhsilalanların mənfi təcrübələrinə səbəb ola bilər".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspertin sözlərinə görə, 2018-ci ildə Britaniya Kraliyət Elmi Cəmiyyəti tərəfindən aparılan bir araşdırmada kişi müəllimlərin sayının azlığının təhsilin keyfiyyətinə təsirini təsdiqləyən məlumatlar toplanmışdır:

"Araşdırmada kişi müəllimlərin sayının az olması halında, tələbələrin nəzərdə tutulmuş hədəflərini tam yerinə yetirmələrinin daha çətin olduğu və təhsil prosesində daha az mənfi hadisələr yaşadıqları aşkar edilmişdir. Həmçinin 2020-ci ildə Universiti Teknologi MARA Malaysia tərəfindən aparılan bir araşdırmada da kişi müəllimlərin sayının azlığının təhsilin keyfiyyətinə təsirini araşdırılmışdır. Araşdırmada az sayda kişi müəllimi olan təhsil müəssisələrində təhsilalanların özünü daha az özgüvənli hiss etmələri və təhsil prosesində daha çox stres və təzyiqlə qarşılaşması aşkar edilmişdir".

K.Əsədov bildirib ki, buna görə də elmi tədqiqatlar kişi müəllimlərin sayının artırılmasını və təhsil sektoruna daha çox investisiya edilməsini məsləhət görür:

"Bu, təhsilin keyfiyyətinin artırılmasına və təhsilalanlarda daha müsbət bacarıqların formalaşmasına kömək edə bilər".

Xəbər lenti