Logo

Azərbaycanda daha 17 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib

25.03.2023 16:36 428 baxış
IMG

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 17 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında yeddi nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 829 345 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 063 nəfər müalicə olunaraq sağalıb, 10 160 nəfər vəfat edib, aktiv xəstə sayı 122 nəfərdir.

Ölkədə son sutka ərzində 511, hazırkı dövrədək isə 7 552 099 test aparılıb.

Xəbər lenti