Logo

Şagird sayının çoxluğu keyfiyyətə təsir göstərirmi? - Ekspertdən AÇIQLAMA

25.03.2023 14:46 545 baxış
IMG

"Sinifdəki şagird sayının keyfiyyətə təsir göstərməsi mümkündür".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, şagird sayının artması müəllimin şagirdə individiual yanaşmasına, şagirdlərarası əlaqələrin zəifləməsi, dərslərdə qarşılıqlı əməkdaşlıq və əlaqələrin təşkilinə mənfi təsir göstərir, həmçinin təhsilalanların diqqətini yayındıran əlavə təsirə səbəb ola bilər:

"Şagird sayı ilə yanaşı, təhsil keyfiyyətinə təsir göstərən bir neçə başqa faktor da var. Bunlar arasında məktəbdə tədrisin keyfiyyətinə direktorun peşəkar yanaşması, müəllimin təcrübəsi və təhsil materiallarının keyfiyyəti kimi faktorlar qeyd oluna bilər. Məsələn, yüksək keyfiyyətli təhsil materialları və yaxşı təşkil olunmuş sinif otağı, dərs işləri və testlər, öyrənmə mədəniyyətinə uyğun bir məktəb şəbəkəsi və öyrətmə metodları təhsil keyfiyyətini artıra bilər. Buna görə də şagird sayısının təhsil keyfiyyətinə təsiri bir çox fərqli faktorun nəzərə alınması ilə qiymətləndirilməlidir".

Kamran Əsədovun sözlərinə görə, şagird sıxlığı təhsilin effektivliyi və keyfiyyətinə çox təsir göstərir:

"Hər bir şagird öyrənmə mərhələsində fərqli bir tempdə və özünəməxsus tələblərlə özünü tələb edir. Şagird sayının çox olması bir neçə məsələni yarada bilər. Bunlardan biri fərdi diqqətdir. Fərdi diqqət şagird sayının artması, öyrətmənin hər bir şagirdən fərdi diqqət yetirə bilməməsinə səbəb olur. Bu da şagirdlərin öyrənmə prosesində daha çox çətinliklərlə üzləşməsinə və daha yavaş öyrənməsinə gətirib çıxara bilər. İkincisi isə əlaqələrdir ki, bu da şagird sayının çoxalması, şagirdlər arasında əlaqələrin zəifləməsinə və dərs zamanı əlaqələr formalaşdırmaqda çətinliklərə səbəb ola bilər. Üçüncüsü isə qarşılıqlı əməkdaşlıqdır. Bu da şagird sayının çoxalması, qrupda tələbələrin bir-biri ilə fərdi olaraq əməkdaşlıq etməsini və müxtəlif şagirdlər arasında müqayisəli təhlil aparmağa mane olur".

Xəbər lenti