Logo

“Mir Cəlal – 115” mövzusunda respublika elmi konfransı təşkil olunacaq

25.03.2023 11:56 265 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “Mir Cəlal – 115” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, konfransda iştirak etmək istəyən alim və gənc tədqiqatçılar mövzu ilə bağlı məruzələrin xülasələrini (400-500 söz həcmində) aprelin 5-dək təşkilat komitəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Görkəmli ədəbiyyatşünas, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunan respublika elmi konfransı aprelin 18-dən 19-dək keçiriləcək.

Təşkilat komitəsi ilə əlaqə: Telefon: 012 539 02 12; 012 539 03 73, E-mail: [email protected]

Ünvan: Z.Xəlilov küçəsi 23

Xəbər lenti