Logo

ABŞ səfirliyi Massaçusetsin Texnologiya İnstitutuna qəbul olunan azərbaycanlıları təbrik edib

25.03.2023 09:30 392 baxış
IMG

ABŞ səfirliyi Massaçusetsin Texnologiya İnstitutuna qəbul olunan Dəniz Səttarlının və Fidan Qarayevanı təbrik edib.

Tehsil.biz xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin rəsmi feysbuk səhifəsində paylaşım edilib.

"Dəniz Səttarlının və Fidan Qarayevanın Massaçusets Texnologiya İnstitutuna qəbul olmaqlarını alqışlayırıq! Zəhmətinizə və əzmkarlığınıza görə sizi təbrik edirik. Güclü cəmiyyətləri dəstəkləmək üçün təhsilə və imkanlara bərabər çıxış vacibdir və Səfirlik qadınlar və kişilər, oğlanlar və qızlar üçün bir sıra təhsil və karyera təşəbbüslərini dəstəkləməkdən qürur duyur.
Təhsil perspektivlərinizi araşdırmaqda maraqlısınız? O zaman, Education USA təhsil üzrə mütəxəssisindən tam ödənişsiz məsləhət ala bilərsiniz", - deyə paylaşımda qeyd olunub.

Xəbər lenti