Logo

"Hər zaman hay-küylü, coşub-daşan Oqtayın həmin an səsi belə çıxmadı..."

24.03.2023 13:09 323 baxış
IMG

Xalq artisti Mehriban Zəki martın 22-də Saray yolunda baş vermiş qəza ilə bağlı paylaşım edib.

Tehsil.biz sənətçinin paylaşımını təqdim edir.

"İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə problem yoxdur, keçib gedəcək deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi.

Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi...

Bu sadəcə qəzavü-qədər idi. Mən sağalacam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq.

Dilarə də inşallah özünü toparlayar. O çox güclü qadındır. Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22 i belə yazıldı bizimçün".

Xatırladaq ki, martın 22-də Saray yolunda baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki isə xəsarət alıb.

Xəbər lenti