Logo

Musiqili Teatrın kollektivi Mingəçevirdə - FOTO

24.03.2023 12:41 256 baxış
IMG

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri davam edir.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, bu dəfə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Mingəçevirdə uğurla çıxış edib.

Mingəçevir Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" (tərc. D.Mustafayev) komediyası alqışlarla qarşılanıb. 

Qeyd edək ki, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun  quruluşunda ərsəyə gələn bu tamaşada rolları Əməkdar artistlər Əkbər Əlizadə (Molla Nəsrəddin), Nahidə Orucova (Təmənna) İqrar Salamov (Qədir), aktyorlar Möylə Mirzəliyev (Qulam) Mehriban Zaliyeva (Cənnət), Ülviyyə Əliyeva (Tutu), Gülcahan Salamova (Fatma), Gülnarə Əzizova (Zibeydə), Ruslan Mürsəlov (Oğrubaşı), Fərid Rzayev (Oğru) oynayıblar. 

Səhnə əsərinin quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.

Türk dünyasının müdriklik simvolunu özündə əks etdirən Molla Nəsrəddinin beş arvadı ilə  macaraları izləyənlərə gülüş dolu xoş anlar bəxş edib.

Xəbər lenti