Logo

Vətən müharibəsi iştirakçısı olan müəllim direktor müavini təyin olunub

23.03.2023 13:41 274 baxış
IMG

Vətən müharibəsi iştirakçısı Əliyev Məhərrəm Şahgəldi oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumtəhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə müsabiqə və müsahibə mərhələsindən uğur qazanaraq, Lerik rayonu Ə.Rzayev adına Orand kənd tam orta məktəbində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

Tehsil.biz xəbər verir ki, Lerik rayonu Ə.Rzayev adına Orand kənd tam orta məktəbin Coğrafiya müəllimi olan Əliyev Məhərrəm Şahgəldi oğlu Füzuli, Xocavənd, Hadrud, Şuşa və Laçın rayonlarının düşməndən azad olunması zamanı ona verilən tapşırıqları layiqincə yerinə yetirib.

Əliyev Məhərrəm Şahgəldi oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Xəbər lenti