Logo

ADMİU rektoru Temirbek Jürgenovun anım mərasiminə qatılıb - FOTO

23.03.2023 11:00 309 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru professor Ceyran Mahmudova Qazaxıstanda işgüzar səfərdə olub. 

ADMİU-dan "Tehsil.biz"ə bildirilib ki, səfər çərçivəsində xanım rektor bu il 125 illik yubileyi qeyd olunan Qazax ictimai xadim, maarifçi Temirbek Jürgenovun anım mərasiminə qatılıb. 
Almatı Abay Opera və Balet Salonunda keçirilən və sənətsevərlərin böyük marağına səbəb olan tədbirdə öncə T.Jürgenov Milli Sənət Akademiyası tərəfindən təşkil olunan Temirbek Jürgenov rəsm sərgisi açılıb. Daha sonra Beibit Koişıbayevin "Komissar Jürgenov" kitabının təqdimat mərasimi baş tutub. 

Təqdimatdan sonra TÜRKSOY və Sənət Akademiyasının birgə hazırladığı konsert proqramı nümayiş olunub. 

T.Jürgenov Milli Sənət Akademiyasının məşhur məzunlarının çıxış etdiyi konsertə Qazaxıstan Mədəniyyət və İdman naziri Ashat Oralov, TÜRKSOY başqan köməkçisi Bilal Çakıcı da qatılıblar. 

Açılış nitqində nazir Ashat Oralov Qazaxıstanın Prezidenti Kasım Cümer Tokayevin xüsusi təşəkkür məktubunu oxuyub. Mətndə Tokayev TÜRKSOY-a 2023-cü ili "Temirbek Jürgenov İli" elan etdiyi üçün təşəkkürlərini çatdırıb.

Xəbər lenti