“QS Dünya Universitetlər Reytinqi (WORLD UNIVERSITY RANKINGS) sahələr üzrə reytinqini (SUBJECT RANKİNGS 2023) açıqlayıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq İqtisadiyyat və Ekonometrika üzrə dünyada ən yaxşı 501-530 univetsitetlər qrupuna yüksəlib”.
Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bildirib.
Rektor qeyd edib ki, bu nəticə dünyada 2016-2020-ci illərdə dərc olunmuş 16,4 milyon məqalələrin, 2016-2021-ci illərdə 117,6 milyon istinadların QS tərəfindən təhlili nəticəsində müəyyən edilib:
"Eləcə də, qiymətləndirmə zamanı, 2018-2022-ci illərdə dünya üzrə 151 000 elm adamlarının və 99 000-dən çox global işəgötürənlərin səsi nəzərə alınıb:
"UNEC ailəsinin hər bir üzvünü və bütün UNEC sevərləri növbəti uğur münasibətilə ürəkdən təbrik edir və əməyi olan hər bir şəxsə təşəkkür edirəm".