Logo

Barselonadakı Azərbaycan həftəsonu məktəbinin növbəti dərsi Novruz bayramına həsr olunub - FOTO

22.03.2023 00:07 259 baxış
IMG

İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin nəzdindəki Azərbaycan həftəsonu məktəbinin növbəti dərsi Novruz bayramına həsr olunub.

Bu barədə "Tehsil.biz"ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Barselonadakı Azərbaycan Cəmiyyətinin və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə açıq havada baş tutan dərs zamanı şagirdlərə Novruz bayramı və adət-ənənələri barədə məlumat verilib, bayrama xas şirniyyatların hazırlanması və yumurtaların boyanması qaydaları izah edilib. 

Bayram münasibətilə alovlandırılan tonqalın üzərindən atlanmaq uşaqlara və valideynlərinə sevincli anlar yaşadıb.

Xəbər lenti