Logo

BANM-də beynəlxalq “PetroBowl” yarışı keçirilib

20.03.2023 16:52 269 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndislər Cəmiyyəti (SPE BANM) “PetroBowl Competition” adlı yarış keçirib.

BANM-dən "Tehsil.biz"ə bildirilib ki, yarışın əsas məqsədi Beynəlxalq turnir olan "PetroBowl"un beynəlxalq mərhələsinə hazırlıq və təmsilçi hazırlamaqdır.

Yarışa Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrindən ibarət 12 komanda qatılıb. "PetroBowl" yarışı üç mərhələdən – seçim, yarımfinal və final turlarından ibarət olub.

BANM-i təmsil edən "Kaspisches Meer" komandası yarışın qalibi olub. Komandanın kapitanı Orxan Nəsibov, üzvləri Şəmsi Mürsəlli, Emin Mürsəlli, Fərhad Allahverdiyev, Xanlar Məmmədzadədir.

ADNSU tələbələrini təmsil edən “GokTurks” komandası və BANM-in 3-cü kurs tələbələridən ibarət “Beyond the surface” komandası isə II və III yerləri bölüşüblər. Yarışmanın qalibləri sertifikatlar ilə mükafatlandırılıblar.

Xəbər lenti