Logo

Professor Nadir Məmmədli tələbələrə ustad dərsi keçib

19.03.2023 22:53 441 baxış
IMG

Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin dördüncü kurs tələbələri və Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin magistr və bakalavr pilləsi üzrə təhsil alan dördüncü kurs tələbələri AMEA-nın Dilçilik İnstitutunda istehsalat təcrübəsinə başlayıblar.

Tehsil.biz xəbər verir ki, martın 17-də tələbələrlə görüşən institutun baş direktoru, professor Nadir Məmmədli onlara ustad dərsi keçib.

Nadir Məmmədli tələbələrə Dilçilik İnstitutunun tarixi, elmi müəssisəyə rəhbərlik etmiş direktorlar, tanınmış dilçi akademiklər, müasir dövrdə Azərbaycan dilinə dövlət qayğısından, dilçiliyə dair yeni nəşrlərdən bəhs edib. Bildirib ki, Azərbaycanda dil quruculuğu siyasəti milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.

Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qlobal­laşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçili­yin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır.

Sonda tələbələrə Dilçilik İnstitutunun kitabxanasından kitablar hədiyyə edilib.

Xəbər lenti