Logo

DİM: 40 yaşdan yuxarı namizədlərdən yalnız 4 nəfər imtahanı uğurla keçib

03.03.2021 09:49 99 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 19 fevral 2021-ci ildə inzibati vəzifələrin A və B növünə (inzibati rəhbər və icraçı vəzifələr) aid olan AA, AB, AC, BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçirilib.

 

verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 1008 nəfəri kişi, 1084 nəfəri isə qadın olmuşdur. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 931 nəfər (qeydiyyatdan keçənlərin 92.4%-i), qadınlar üzrə isə 1005 nəfər (qeydiyyatdan keçənlərin 92.7%-i) 20-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 17 nəfər (9 kişi, 8 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 1 nəfər (1 qadın) uğur qazana bilib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 4 nəfər imtahanı uğurla keçib.

 

 

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 651 nəfər (uğur əldə edənlərin təqribən 88%-i, 281 kişi və 370 qadın) 20‑29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 85 nəfər (42 kişi və 43 qadın) lazım olan balı toplaya bilib.

 

Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 721 nəfəri, yəni təqribən 97.4%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 19 nəfərdir.

 

Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2092 namizəddən 740 nəfəri (35.4%) müvəffəqiyyət əldə edib. Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri nisbətən yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1008 kişidən 324 nəfər (32.1%), 1084 qadından isə 416 nəfər (38.4%) uğur əldə edib.

Daha ətraflı statistik məlumatlarla aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

 

Kişi və qadınlar üzrə məlumat

 

Cinsi

Yaş intervalı

Qeydiyyatdan keçmişdir

Test imtahanından uğurla keçib

Faizlə (%)

 
 
 

Kişi

20-24

311

158

50.8

 

Kişi

25-29

445

123

27.6

 

Kişi

30-34

175

33

18.9

 

Kişi

35-39

58

9

15.5

 

Kişi

40-44

10

1

10.0

 

Kişi

45-49

5

0

0.0

 

Kişi

50-54

0

0

0.0

 

Kişi

55-59

2

0

0.0

 

Kişi

60-64

2

0

0.0

 

Kişilər üzrə cəmi:

1008

324

32.1

 

Qadın

20-24

422

218

51.7

 

Qadın

25-29

422

152

36.0

 

Qadın

30-34

161

37

23.0

 

Qadın

35-39

56

6

10.7

 

Qadın

40-44

15

2

13.3

 

Qadın

45-49

6

1

16.7

 

Qadın

50-54

1

0

0.0

 

Qadın

55-59

1

0

0.0

 

Qadın

60-64

0

0

0.0

 

Qadınlar üzrə cəmi:

1084

416

38.4

 

Yekun:

2092

740

35.4

 

Ümumi məlumat

Yaş intervalı

Qeydiyyatdan keçmişdir

Test imtahanından uğurla keçib

Faizlə (%)

 
 
 

20-24

733

376

51.3

 

25-29

867

275

31.7

 

30-34

336

70

20.8

 

35-39

114

15

13.2

 

40-44

25

3

12.0

 

45-49

11

1

9.1

 

50-54

1

0

0.0

 

55-59

3

0

0.0

 

60-64

2

0

0.0

 

Cəmi:

2092

740

35.4

Xəbər lenti