Logo

BSU-da “Elimizə bahar gəlir” adlı Novruz bayramı şənliyi keçirilib - FOTOLAR

18.03.2023 21:49 352 baxış
IMG

Martın 17-də Bakı Slavyan Universitetində (BSU) “Elimizə Bahar gəlir” adlı Novruz bayramı şənliyi keçirilib.

Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib.

BSU-nun rektoru Anar Nağıyev tədbir iştirakçılarını salamlayaraq artıq ikinci ildir ki, bu bayramı univeristetin tələbə kollektivi ilə keçirməkdən məmnunluğunu ifadə edib. Rektor Ulu Öndər Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə BSU qarşısında yeni missiya qoyduğunu bildirib. “Hər birimiz xoşbəxt nəslin nümayəndələriyik ki, zəfər tarixinə şahidlik etmişik. Bu zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk”- deyə, o, qeyd edib. Rektor BSU məzunlarının ölkənin inkişafında peşəkarlıqla təmsil olunduqlarını və vətən borcunu layiqincə yerinə yetirdiyini vurğulayıb. Universitetin şəhid məzunlarının timsalında bütün şəhidlərimizi ehtiramla yad edib.

Anar Nağıyev BSU-nun missiyasının həmçinin, işğaldan azad olunmuş torpaqlarda böyük qayıdışın tərkib hissəsi olaraq yüksək ixtisaslı kadrlar hazırlamaq olduğunu diqqətə çatdırıb. O, həmçinin 2023-cü ildən başlayaraq BSU-nun fəaliyyətinin keyfiyyət və məzmun istiqamətində qurulacağını, beynəlxalq əlaqələrin genişləndirildiyini, digər fəaliyyətlərin də universitetdə uğurla həyata keçirildiyini bildirib. Sonda rektor xalqın qədim adət-ənənələrini özündə əks etdirən, birlik simvolu olan Novruz bayramı münasibətilə universitet kollektivini səmimi-qəlbdən təbrik edib, cansağlığı, müvəffəqiyyətlər arzulayıb.

Bayram tədbirində BSU-nun “Arzu” rəqs ansamblı milli rəqslərlə çıxış edib, vokal qrupunun üzvləri “Novruz gəlir”, Murad Hüseynli “Aman Tello”, Nəzrin Vəlizadə və Lyana Hacımadayeva “Sevgi payı”, Həbib Abbasov gitarda “Popuri’, Nahid Məmmədzadə “Sənin kimi” mahnılarını ifa ediblər. Həmçinin, BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdlərinin ifasında “Bayram” rəqsi nümayiş olunub.

Sonda BSU-nun vokal qrupunun üzvlərinin ifasında “Azərbaycan bayrağı” mahnısı səsləndirilib.

Xəbər lenti