Logo

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirilib

18.03.2023 21:29 318 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 mart 2023-cü il tarixində inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.

Tehsil.biz xəbər verir ki, AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. 

İmtahanda 98 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB2 altqrupu üzrə 2, AB4 altqrupu üzrə 3, AC1 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 4, AC3 altqrupu üzrə 3, AC4 altqrupu üzrə 5, BA1 altqrupu üzrə 4, BA2 altqrupu üzrə 9, BA3 altqrupu üzrə 26, BA4 altqrupu üzrə 16 nəfər olmaqla, ümumilikdə 73 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri gün ərzində elan olunacaq.

Xəbər lenti