Logo

BAAU tələbələri Əlyazmalar İnstitutunda təcrübə keçirlər - FOTO

18.03.2023 18:30 247 baxış
IMG

Bakı Avrasiya Universitetinin Filologiya (Türk dili və ədəbiyyatı) ixtisasının 4-cü kurs tələbələri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda istehsalat təcrübəsi keçirlər.

Tehsil.biz xəbər verir ki, may ayının 27-nə qədər davam edəcək təcrübə proqramında tələbələrə Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsi, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsi və Əlyazmaların bərpası laboratoriyasında təcrübə keçirilməsi planlaşdırılıb.

Bakı Avrasiya Universitetinin rəhbərliyi təcrübənin ilk günlərindən tələbələrə göstərdikləri qayğıya görə başda Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli olmaqla, institutun icraçı direktoru, fil.e.d., professor Paşa Kərimova, elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfova, təcrübə məkanında tələbələrə təcrübə üzrə koordinator təyin olunmuş Təhsil şöbəsinin müdiri, fil.ü.f.d., dosent Samirə Əliyevaya və Əlyazmalar İnstitutunun digər əməkdaşlarına təşəkkür edərək, bakalavriat təhsilində tələbələrin aldıqları akademik biliklərlə yanaşı, bu təcrübənin də onların gələcəkdə bir mütəxəssis kimi formalaşmasında vacib yer tutacağını bildirib.

Xəbər lenti