Logo

ADU-da Çin dili üzrə ixtisas imtahanları keçirilib

18.03.2023 15:40 291 baxış
IMG

Çin dili üzrə rəsmi sınaq mərkəzi olan, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda 2023-ci ildə Çin dili üzrə ilk “Hanyu Shuiping Kaoshi” (HSK) və “Hanyu Shuiping Kouyu Kaoshi” (HSKK) imtahanları keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan məlumat verilib

Bildirilib ki, bir neçə səviyyədən ibarət olan test imtahanlarında Azərbaycan Dillər Universitetinin və digər ali təhsil ocaqlarının tələbələri, həmçinin Konfutsi İnstitutunun dinləyiciləri iştirak ediblər.

İmtahandan əvvəl Konfutsi İnstitutunun müəllimləri iştirakçıları Çin dili imtahanlarının məzmunu, dinləmə, oxu texnikası, qrammatik strukturlar, sözlərin və heroqliflərin əsas yazılış qaydaları ilə tanış ediblər.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov vurğulayıb ki, imtahanların müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatların alınması iştirakçılar üçün Çin Xalq Respublikasında təqaüdlə təhsil almağa, eləcə də bu ölkənin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır. Çin dili üzrə standart ixtisas imtahanlarının təşkili ölkəmizdə bu dilə marağın artmasının göstəricisidir.

Xəbər lenti